Xatirinə dağ aşaram,
Pillə-pillə dırmaşaram.
Sütununa sarmaşaram,
Bəzəyinə mən yarayım.
De, hardadır eşq sarayı.
Damın üstü ağ tənəkə,
Pəncərəsi gül şəbəkə.
Ilğımmıdır görən bəlkə,
Göy üzündə hey arayım.
De, hardadır eşq sarayı.
Divarları zər-zibalı,
Nəfəsliyi dərd havalı.
Bağ-baxçası qəm nəvalı,
Çatarmı yara harayım,
De, hardadır eşq sarayı.
Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 07:23:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!