Eşq dastanıyam Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Eşq dastanıyam

Əvvəldən çox incə soyublar məni,
Hüsnümü sevincə oyublar məni.
Hələlik bir küncə qoyublar məni,
Qatı açılmamış eşq dastanıyam.

Amansız həsrətlə barışmırıq biz,
Xeyrinə-şərinə qarışmırıq biz.
Gör neçə illərdir görüşmürük biz,
Səni ilk baxışdan necə tanıyam.

Ah, neçə nişanə özləyir məni,
Kədərli əfsanə közləyir məni.
Mas-mavi tərsanə gözləyir məni,
Sevda gəmisinin kapitanıyam.

Sevinc Arzulu
Kayıt Tarihi : 17.10.2021 16:48:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu