Esmiraya Şiiri - Sevinc Arzulu

Esmiraya

Esi, yeli azca əsdir,
Qulağıma gələn səsdir.
Özünü öldürmə, bəsdir,
Dayan, gözünə döndüyüm.

Düşmə həsrətin cənginə,
Sevərək dön ən zənginə.
Tezdəndən dur,dan rənginə,
Boyan, sözünə döndüyüm.

Sevinc qəmi dandırmaz ki?
Gəncliyini andırmaz ki..
Səni kimsə yandırmaz ki,
Oyan, közünə döndüyüm.
12.02.2019

Sevinc Arzulu
Kayıt Tarihi : 23.2.2019 15:52:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu