ESMİRAYA ŞEİR-MƏKTUB
Mənim qırx illik dostum,
Cavanlıq nə tez keçdi.
Bəs nədəndir ayrılıq,
Bizi yaxını seçdi.
Görüşmədik neçə il,
Görən kimdi günahkar.
Hicranın sonudur, bil
Həmişə mutliliklar...
Yenidən qovuşmuşuq,
Sanki Araz ilə Kür.
Danışıb konuşmuşuq,
Bu günə də min şükür.
Bilirsən ki mən səni,
Necə çox istəyirəm.
Başın üstündən çəni,
Qəmi yox istəyirəm.
O zaman bizim kimi,
Dost idi analar da.
Xatirələr qalıbdır
O gözəl sonalardan.
Deyildik çörək dostu,
Necə mehriban idik.
Ay mənim ürək dostum,
Fərəhi ümman idik.
Ah, şirin xatirələr,
Tez-tez qapımı döyür.
Ürəyimdə ah nələr,
Dostluq hissi çox böyük.
Bütün ülvi hissləri,
Qoruyub saxlamışıq.
Beşinci onilliyi,
Biz artıq haqlamışıq.
Sən oğlumun toyunda,
Qol qaldırıb oynadın.
Qəm kədərin boynunda,
Fərəhdən heç doyymadıq.
Eh, nə qədər cavanı,
Yolundan eyləmişdik.
Ay dərdimə yananım,
O zaman beləymişik.
Sənə neçə il sonra,
Tanrı gözəl pay verdi.
Onu gözündən qoyma,
Xoşbəxt olsun Fəridin.
Toyunda mən xalası,
Incə-incə süzüm də.
Gəlin ceyran balası,
Qədəminə gül dül düzümdə.
Yenə Allaha şükür,
Biz cavan görünürük .
Ayrılıq boynun büküb,
Vüsalda döyünürük.
Sevinc Arzulu
Kayıt Tarihi : 2.5.2018 08:20:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!