Esmer kızım. Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Esmer kızım.

Ləl gedər, əqiq gələr,
Şən ovqat dəqiq gələr.
Sənli xoş dəqiqələr,
Şuşaya səslər,qızım.
Ay mənim Əsmər qızım.

Xəzərin dalğaları,
Bitməz ki qovğaları.
Sənin tək qonaqları,
Qoynunda bəslər, qızım.
Ay mənim Əsmər qızım.

Günəş ömrü naxışlar,
Xoş səadət bağışlar.
Qoy yaşasın yaxşılar.
Məhv olsun nəslər, qızım.
Ay mənim Əsmər qızım.

Qıymazsan güllər solsun,
Nə də ki gözlər dolsun.
Səninlə daim olsun,
Sevdiyin kəslər, qızım.

Haralısan, haralı,
Qarabağın maralı.
Teli mehdən daralı,
Geyin al məxmər, qızım,
Səsi bal məxmər qızım.
Ay mənim Əsmər qızım.

Sevinc Arzulu
Kayıt Tarihi : 7.1.2023 11:02:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu