Esl sevgi qocaltmaz ki Şiiri - Sevinc Ar ...

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Esl sevgi qocaltmaz ki

Uca İlahiyə şükrümdəsən sən,
Gecəli-gündüzlü zikrimdəsən sən.
Həmişə qəlbimdə, fikrimdəsən sən,
Yağmasın gözündən payız leysanı.

Vüsalına parlaq günəş yaraşır,
Ala gözlər işığından qamaşır.
Həsrət ilə yatacaqdır yanaşı,
Veriləcək bir gün hicrin ehsanı.

Göz açıb da görəcəyik sübh çağı,
Ani mehdən uçulubdur qəm dağı.
Demə nədən tellərimə qar yağıb,
Əsl sevgi qocaltmaz ki insanı.
25.12.2018

Sevinc Arzulu
Kayıt Tarihi : 7.2.2019 11:37:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu