Eşit meni Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Eşit meni

Ayrılıqdan göynəyirəm,
Dodağımı çeynəyirəm.
Özgələri neynəyirəm,
Yarəb, özün eşit məni.

Söz yazar qızıl lələyim,
Şerimi nura bələyim.
Qaldırıb ilham mələyim,
Göy üzündən düşürt məni.

Dağ başında soyuq qaram,
Nəkəslərlə soyuq aram.
Çox olarsa soyuqlaram,
Bir azacıq üşüt məni.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.7.2023 10:40:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu