Esir,neyneyim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Esir,neyneyim

Bir kiçik çınqıya köz deyirəm mən,
Könlümə “Həsrətə döz”-deyirəm mən.
Hər səni görəndə titrəyirəm mən,
Ürəyim yarpaq tək əsir,neynəyim.

Mən özümü qəm timsalı bilirəm,
Ayrılığın göz yaşını silirəm.
Min ildir ki sənə doğru gəlirəm,
Yolumu hicranın kəsir,neynəyim.

Bu həyat zülm ilə dolu bir mənbə,
Şeirimi ürəkdən yazmayım mən bəs?
Yerim zil qaranlıq,rütubət məhbəs,
Düşmüşəm hicrinə əsir,neynəyim.

Sevinc Arzulu
Kayıt Tarihi : 20.6.2018 06:43:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu