Halal işimizi buracaq çoxu,
Min hiylə, min kələk quracaq çoxu.
Eh, satqın damğası vuracaq çoxu,
Çün mənim könlümə əsir düşmüsən.
Tək sənsən dövlətim-varım, hardasan.
Meyvəli baxçamda barım, hardasan.
Hamıya tam olan yarım, hardasan,
Mənim bəxtiməcə kəsir düşmüsən.
Nədəndir qüssəyə, ələmə daldım,
Sonunda həyatda sələmə qaldım.
Səni şeir kimi qələmə aldım,
Hekayə düşmüsən, nəsr düşmüsən.
Kayıt Tarihi : 19.1.2022 06:17:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!