Səmada çaxa bilmirəm,
Yandırıb yaxa bilmirəm.
Boylanıb baxa bilmirəm,
Xar bürüyüb ətrafımı.
Dörd bir yanım qarı düşmən,
Insaf eylə barı düşmən.
Al boyadı qarı, düşmən
Itirdim mənən safımı.
Qışda yaz olmayırlar ki,
Söhbət-saz olmayırlar ki.
Birdən az olmayırlar ki,
Eşidin etirafımı.
18.06.2019
Kayıt Tarihi : 18.6.2019 18:49:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!