Bilsən sənsiz necə darıxıram mən,
Gözümün işığı, ziyası oğlum.
Bir əsgər görəndə karıxıram mən,
Qəmlənir könlümün dünyası, oğlum.
Nə yaman çox çəkdi həsrət müddəti,
Bilirəm, sənə də bizsiz çətindir.
Bir gün başa vurar hərbi xitməti,
Mənim Emil oğlum mərddir, mətindir.
Bir anda dəyişir dünyanın rəngi,
Xəyalım boylanır haradan hara.
Mənim gözlədiyim telefon zəngi,
Çəkir ayrılığı boğazdan dara.
Səsin təsəllidir mənimçün, oğul
Nisgilin üstünə sular səpələr.
Yəqin darıxmısan dənizçün, oğul
Tez qayıt, nəğməni desin ləpələr.
Kayıt Tarihi : 29.4.2018 16:21:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!