Bu fani dünyadan tezcənə doyan,
Bir anlıq əbədi yuxundan oyan.
Məni varlığından bixəbər qoyan,
De, necə inanım bəs varlığına.
Zəmanə qarıya tuş olsun zaman,
Kimləri yemisən, nuş olsun, zaman.
Mənim harayıma qoşulsun zaman,
Hay versin ilahi səs varlığına.
Dağlarda qalarsan qəmli “eh” olsan,
Günəş tez qurudar parlaq şeh olsan.
Bəlkə təsir etməz sərin meh olsan,
Ürəyim, külək tək əs varlığına.
20.-2.2019
Kayıt Tarihi : 23.2.2019 15:48:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!