Inandıq al röyaya,
Qapıldıq bal xülyaya.
Xoş gəlmisən dünyaya,
Mənim igid, ər oğlum.
Soyuq qışda doğuldun,
Şipşirindin, noğuldun.
Sədaqətdən yoğruldun,
Sən göstər hünər, olum.
Nərgiz şeh içrə çimən,
Ətir saçar yasəmən,
Sənindir güllü çəmən,
Ən gözəlin dər, oğlum.
Düşməyəsən xataya,
Rast gələsən butaya.
Anaya, həm ataya,
Qanadını gər, oğlum.
Nənə -babanı una,
Bənzəyərlər altuna.
Ayaqları altına
Güllü xalı sər, oğlum.
Dünyaya baxşın olsun,
Rəngarəng naxşın olsun.
Qismətin yaxşı olsun,
Uzaq dursun şər, oğlum
Zaman dərd danan olar,
Yaxşıya yanan olar.
Qanana qanan olar,
Böylədir bəşər, oğlum.
Kayıt Tarihi : 25.2.2021 05:11:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/02/25/er-oglum.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!