Əzəldən sevmirəm guru, guruhu,
Mənim əvəzimə dinərsən bəlkə.
Səni incidərsə dostunun ruhu,
Xəyalət atına minərsən bəlkə.
Deyən vurulmusan tənha qadına,
Çalış ki gətirmə ləkə adına.
Elə alışmısan hicrin oduna,
Qəfil yağmur olar, sönərsən bəlkə.
Eh, əti dırnaqdan düzü, xar aldı,
Soyuqda durmaqdan sözü qar aldı.
Yoluna baxmaqdan gözüm qaraldı,
Getdiyin qürbətdən dönərsən bəlkə.
Görəsən yol alıb eh, hara bulud,
Öz tənha dostunu gəz, ara bulud.
Başına döyərsə o qara bulud,
Qalxdığın zirvədən enərsən bəlkə.
Kayıt Tarihi : 25.5.2023 06:56:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!