Enen vaxtıdır Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3680

ŞİİR


27

TAKİPÇİ

Enen vaxtıdır


Gündüzün gözünə qaranlıq hopur,
Sal daşlar, qayalar zəhərdən çopur.
Hər gün yer titrəyir, zəlzələ qopur,
Zamanın tərsinə dönən vaxtıdır.

Yeni təhlükəylə üzbəüz bəşər,
Səmadan gündə bir dərd, bəla düşər.
Bürüyüb yer üzün riya, yalan, şər
Günəşin ulduz tək sönən vaxtıdır.

Matəmdə al-əlvan geyən dünyanın,
Kasıbı, yoxsulu yeyən dünyanın,
Axırı gəlibdir deyən dünyanın,
Xızırın göylərdən enən vaxtıdır.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.6.2018 07:35:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu