Enen deyilem Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Enen deyilem

Şaxta vurmuş ağacam,
Bir də çətin gül açam.
Bilsəm sənə möhtacam,
Yenə dinən deyiləm.

Düşməndən öc almışam,
Sevgidən güc almışam.
Mən sənsiz ucalmışam,
Sənlə enən deyiləm.

Qorxmayıram heç nədən,
Nə kədərdən, nə qəmdən.
Sözümdən, iradəmdən
Bil ki dönən deyiləm.

Mən tanıdım yarını,
Gördüm etibarını.
Daha sevgi tarını,
Dilləndirən deyiləm.

Yanıb yerə tökülüm,
Sənə qalsın tək külüm.
Göydə günəşəm, gülüm
Heç vaxt sönən deyiləm.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.12.2023 08:27:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu