Fələyin sehirli oynundasan sən,
Yenə də yalanın qoynundasan sən.
Hündürdə-dəvənin boynundasan sən,
Aşağı yatmasa,enə bilməzsən.
Namərdin özü tox,gözü ac olar,
Aldığı,verdiyi bac-xərac olar.
Getdiyin yolların dolanbac olar,
Azarsan,qayıdıb dönə bilməzsən.
Bir zərrə məhəbbət olsun adında,
Vüsal nəğməsi çal könül udunda.
Günahın var isə əzab odunda,
Əbədi yanarsan,sönə bilməzsən.
Kayıt Tarihi : 12.12.2018 15:05:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!