Emine xanım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Emine xanım


Müqəddəsdir bu gün sənin keçdiyin,
Vətəninə xidmət yolu- seçdiyin,
Bərəkətli olsun daim biçdiyin,
Xal düşməsin yaşıl zəminə,xanım.
Əminə xanım.

Xalqa xidmət etmək məramın olsun,
“Xalq ilə birlikdə”- kəlamın olsun.
Deputat mandatı halalın olsun,
Batma bu dünyanın qəminə,xanım.
Əminə xanım.

Əlvan olsun sənin ömür varağın,
Gecə-gündüz yansın həyat çırağın.
Daha ucalardan gəlsin sorağın,
Şahid olaq xoşbəxt dəminə,xanım.
Əminə xanım.

Yox olsun qəlbindən ağrın-acın da,
Günəş tək parlasın könül tacın da.
Üçrəngli bayrağım dor ağacında,
Dost baxıb sevinsin gəminə, xanım.
Əminə xanım.

Dərs almısan Nüşabəmdən, Saramdan,
Çox uzaqsan riyalıqdan, haramdan.
Danışırsan asta-asta, aramdan,
Arada zil not qat bəminə, xanım.
Əminə xanım.

Döyüşdə qazandıq biz qələbəni,
Dağıtdıq Şuşamdan dumanı, çəni.
Bu qədər çətinlik qorxutmaz səni,
Rast gəl müşgül işin kəminə, xanım.
Əminə xanım.

Daim şəhidləri yad edirsiniz,
Onlar qəlbimizdə qoymuş dərin iz.
Arzular dalğadır, həyatsa dəniz,
Sən mahir qəvvassan.Əminəm, xanım.
Əminə xanım.

Sevinc Arzulu
Kayıt Tarihi : 29.8.2021 09:18:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu