Elvinim Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Elvinim

Çox sevirdin idmanı,
Heyf, xəstə düşdü canın.
Tapılmadı dərmanın,
Sən imanım, sən dinim.
Mənim əziz Elvinim.

Bitməz fələklə davam,
Əsməz ki badi-səbam.
Qəm qoxuyur bu hava,
Azalmaz dərdə kinim.
Mənim əziz Elvinim.

Elçi də gedəcəkdik,
Toyunu edəcəydik.
Vüsala yetəcəkdin,
Uzaq oldu mənzilin.
Mənim əziz Elvinim.

Kimlərlə yarışmadın?
Rəqibə qarışmadın.
Ölümlə barışmadın,
Sənsiz yoxdur təskinim.
Mənim əziz Elvinim.

Gedirik qəbr üstünə,
Azalmaz cəbr üstünə.
Qar yağdı səbr üstünə,
Necə danışım, dinim?
Mənim əziz Elvinim.

Sevinc Arzulu
Kayıt Tarihi : 10.9.2019 07:07:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu