(Şair Q.Nəcəfzadəyə)
Əsrin yarısını yaşamışam mən,
Yarsın da yaşaram,nə eyibi var.
Şeirdə özümə oxşamışam mən,
Bəlkə”dostlarımın”bir gileyi var.
Kiminsə yolunu kəsmişəm bəlkə,
Bir gün toyuğuna “kiş”demişəm mən.
Kiməsə dar gəlir mənli bu ölkə,
Kiminsə payını heç yemişəm mən?
Demişəm dostlara ikisini ver,
Mənə bircəciyi bəsdir,İlahi.
Yalandan itirər çəkisini yer,
Şair düzün deyən kəsdir,İlahi.
Daima qaynayar şeir bulağım,
Dostlarım sevinsin,düşmən xar olsun.
Tənqidə öyrəşib artıq qulağım,
Səmimi duyğular hər vaxt var olsun.
Açsa da ömrümün payız çiçəyi,
Bahar ətri gəlir tər nəfəsindən.
Jaləyə bürünsün hər bir ləçəyi,
Kainat bezməsin şair səsindən.
Dekabrın sonunda öpüşər illər,
Mə`nalı bir ömür yazıbdır qədər.
Sanki bir-biriylə ötüşər illər,
Bilirəm,əlli il getməyib hədər.
Qarşıda qız toyu,oğul toyu var,
O toyu-düyünü özləyirəm mən.
Neçə seviləsi nəvə boyu var,
Həsrətlə o günü gözləyirəm mən.
Ay Allah,bir zaman Baba olacam,
Sən də cavan Nənə,mənim əzizim.
O zaman mən artıq yaşa dolacam,
Gah daşar,gah coşar şeir dənizim.
Şərik ol,ay gülüm,bal sevincimə,
Duyğumu bildirrəm ikicə sözlə.
Evə gec gələrsəm,məndən incimə,
Əlinə xına yax,yolumu gözlə.
Sevinc Arzulu
Kayıt Tarihi : 7.9.2018 08:17:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!