Tellərim daraq-daraq,
Aradım soraq-soraq,
Xatirəm varaq-varaq,
Kitab kimi oxunum.
Saçını dara, qalsın,
Ağartma, qara qalsın.
Azın əğyara qalsın,
Mən ki sənin çoxunum.
Qurbanmı getdin səhvə,
Apardı səni məhvə.
Izn ver, bircə dəfə,
Əllərinə toxunum.
Kayıt Tarihi : 7.3.2021 15:15:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!