Doğuldun Ağdamda, gözəl guşədə,
Boy atdın çəməndə, yaşıl meşədə.
Dəstə də tutardınn qız bənövşədən,
Ətrafında dost-sirdaşın olardı.
Bir gözələ yetirərdin məhəbbət,
Üzündən yağardı həya, ar, ismət.
Araz, heyf toy olmadı ki qismət,
Kaş sənin də can yoldaşın olardı.
Neçə ermənidən qisas aldın sən,
Doğma Ağdamında şəhid oldun sən.
Bir anda ucalıb yaşa doldun sən,
Ağ mərmərdən məzar daşın olardı.
Tezliklə qələbə marşı çalınar,
Qarabağ torpağı geri alınar.
Bakıdan Agdama yollar salınar,
Səpilən su gözüm yaşı olardı.
Şəhidçün ürəklər odlanar, yanar
Bütün şəhidləri övladı sanar.
Fəxr edir səninlə Afiqlə Anar,
Yaşasaydın, əlli yaşın olardı.
Kayıt Tarihi : 9.3.2019 10:17:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2019/03/09/ellei-yasin-olardi.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!