Səni təbrik edir bu gün dost-tanış,
Ürəkdən şadlanıb gül, Eldost müəllim.
Şeirlə söz söylə, şeirlə danış,
Səsinlə açılsın gül, Eldost müəllim.
Qoşa övladındır başının tacı,
Ömür-gün dostundur Minarə bacı.
Bu həyat yolunuz görməsin acı,
Taleyin qədrini bil,Eldost müəllim.
Qönçə gül gətirər nəvən əlində.
Özünü taparsan nəvələrində,
Toyunu görəsiz nəvələrin də
Sürətlə şütüyür il,Eldost müəllim.
Fərəh göz yaşını sil,Eldost müəllim.
25.01.2013
Kayıt Tarihi : 9.6.2018 17:39:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.




Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!