Zaman zaman istəklərə qul oldum
Dövriyyədən çıxarılan pul oldum.
Ayrılıqdan boşanaraq dul oldum.
Məkanında qurammadım alaçıq.
Demirsən bəxtindən küsən aşıq var,
Camalı nur saçır.Ah, yaraşıq var.
Gecənin gözündə azca işıq var,
Bulud ulduzları gizlər.Ay açıq.
Xar sözünə bulaşıban uymadım,
Xoş sözünü anlayıban duymadım.
Zaman mənə xoşbəxtliyi qıymadı
Təkcə mənəm bu dünyada əlaçıq.
Danlayırsan.Bitməyir ki töhmətin,
Azalmayır heç əzabın, zillətin.
Bilirsən ki üzür məni möhnətin,
Gülümsə üzümə nolar, azacıq.
Yenə nə pıçıldar astaca külək,
Qəlbinin sözünü desin.Biz bilək.
Sevdalım dərmanım olarmı fələk,
Kimnsə dərdinə bəlkə əlacıq.
Kayıt Tarihi : 1.6.2021 06:00:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2021/06/01/elaciq.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!