El çeke bilmir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

El çeke bilmir

Çiynində ağır yük daşıyan həsrət,
Vüsalın adını qaşıyan həsrət,
Hicranla bir yerdə yaşıyan həsrət,
Bəs niyə yaxamdan əl çəkə bilmir.

Nə batır,nə də ki yanır ayrılıq,
Namərddir,sözünü danır ayrılıq.
Özünü ağsaqqal sanır ayrılıq,
Dağdan ağır dərdi kəl çəkə bilmir.

Görüş olmalıykən onun mərəzi,
Vüsalın düşübdür mənlə qərəzi.
Taleyim zərgərdir,zaman tərəzi,
Tapdığı ən böyük ləl,çəkə bilmir

Sevinc Arzulu
Kayıt Tarihi : 12.12.2018 15:09:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu