Edeceksen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Edeceksen

Sanırdım xoşbəxtlik vardır ünündə,
Qara günlərimi mağ edəcəksən.
Heç bilməzdim günlərin bir günündə,
Mənim saf eşqimə lağ edəcəksən.

Dağıtmadın dumanımı,çənimi.
Oldun mənim saf eşqimin qənimi.
Artıraraq kədərimi,qəmimi
Zərrə günahımı dağ edəcəksən.

Başqa yerdə bağlananda bazarın,
Düşdü yenə bu yerlərə güzarın.
Bilməz idim allı-güllü gülzarı
Viranəyə dönmüş bağ edəcəksən.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 10:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu