Yenə dilə gələr “Yanıq Kərəmi”,
Yenə qəlb oduyla çalar Ədalət.
Qəm notu bürüyər ərzi-kürəmi,
Şirin bir xəyala dalar Ədalət.
Aləmi qandırar sözünün odu.
Pisliyi dandırar közünün odu.
Özünü yandırar özünün odu,
Dincini çalmaqla alar Ədalət.
Bu dünya tanınar de,kimi ilə,
O çalar qəlbinin qəm simi ilə.
Sazının sehrli tilsimi ilə,
Əbədi dünyada qalar Ədalət.
Kayıt Tarihi : 11.6.2018 10:24:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!