Aramızda sərhəd vardır,
Keçilməz qala-sədd vardır.
Məhəbbətdə bir hədd vardır,
Əbədi xəyalımdasan.
Uzaqsan, çatmayır əlim,
Nəvazişə həsrət telim.
Onu bil ki mənim gülüm,
Əbədi xəyalımdasan.
Məni min rəngə boyama,
Gizli qonaq gəl röyama.
Sevinc gətir qəm dünyama,
Əbədi xəyalımdasan.
El tanınar yurd daşıyla,
Ev tikilməz yad daşıyla.
Insan yaşar yaddaşıyla,
Əbədi xəyalımdasan.
Sevinc səni darılmayır,
Axan sular durulmayır.
Göz yaşlarım qurumayır,
Əbədi xəyalımdasan.
Kayıt Tarihi : 10.6.2018 15:57:00
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
![Yıldız](/Content/img/y_0.png)
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
![Sevinc Arzulu](https://www.antoloji.com/i/siir/2018/06/10/ebedi-xeyalimdasan.jpg)
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!