Ebedi oldu Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Ebedi oldu

Qurban olum torpağıma,elimə.
Ölüm sözün alammıram diliə.
Nifrətim var ayrılığa,ölümə.
Ata,söyüd sənsiz saçını yoldu.
Getdin,bu ayrılıaq əbədi oldu.

Səbr etməyə artıq məndə dözüm yox,
Odlanıram,ocağım yox,közüm yox.
Zalım fələk.mənim sənə sözüm yox,
Gözlərim bulud tək boşaldı,doldu.
Getdin,bu ayrılıq əbədi oldu..

Unuda bilmərəm səni heç zaman,
Könlüm inildəyən,ağlayan kaman.
Tənhalıq hey məni yandırır yaman,
Sənsiz həyat mənə bir heçdi.noldu.
Getdin.bu ayrılıq əbədi oldu.

Deyirlər ki səbr et,səbr etmək olmur.
Söyüdlər boş yerə saçını yolmur.
Hicranın.həsrətin vüsalı olmur.
Yolumu kəsən boz .tikanlı koldu,
Getdin.bu ayrılıq əbədi oldu.

Şəklinə baxanda boğur məni yaş,
Çətində hayıma yetəmməz qardaş.
Yenidən dünyaya sən gələydin kaş,
Sən getdin,çəmənim saraldı,soldu.
Getdin,bu ayrılıq əbədi oldu.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 06:52:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu