DÜZÜLÜR, DOSTUM
Ordumuz çalıbdır gözəl bir zəfər,
Qələbə əzminə sadiq hər nəfər.
Qapını döyür bax, qapqara xəbər,
Yenə də şəhidlər düzülür, dostum.
Zəngəzur yolları qayalı-daşlı,
Ordum yolu yorur əməli-başlı.
Indi hər ananın didəsi yaşlı,
Duzlu mirvarilər süzülür, dostum.
Səmaya yazılar şəhidin adı,
Yoxluğu incidər doğmanı, yadı.
Tabutu qucaqlar şəhid övladı,
Titrəyən dodağı büzülür, dostum.
Nə qədər oğullar itirdik, aman,
Bu qanlı toqquşma bitər nə zaman.
Hər şəhid xəbəri gələndə, inan,
Xalqımın ürəyi üzülür, dosum.
Bu qədər itkilər ağladır məni,
Gözümdə soldurur yaşıl çəməni.
Namərdddən namərddir xain erməni,
Təxribat atəşlə çözülür, dostum.
Kayıt Tarihi : 21.4.2023 12:34:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!