Ay gecə işıq saçmayır,
Ulduz nurdan gen qaçmayır.
Bu halın məni açmayır,
Qaranlıqsan güzgün kimi.
Sarı çiçəyi yolanım,
Qoy başına mən dolanım.
Əhvalı gözəl olanı,
Sən eylədin üzgün kimi.
Gəzdin döngə-dalanı da,
Rəvayətdir qalanı da.
Söylədiyin yalanı da,
Sırıyırsan düzgün kimi.
Dözəmmədi həsrətinə,
Vurulmuşdu ismətinə.
Yazılmadı qismətinə,
Eh, gözləri süzgün kimin.
Ürəyindən keçdi nələr,
Hekayətlər, əfsanələr.
Qəlb oxşayan xatirələr,
Dilimdədir düzgü kimi.
Kayıt Tarihi : 27.10.2023 09:17:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!