Buludu göydən aşağı,
Quş kimi süzən görürəm.
Anasız qalan uşağı,
Dodağın büzən görürəm.
Sevinməz ki, namərd yağı,
Mənsizlikdən de yüz ağı.
Sezmir gözlərim uzağı,
Dağları düzən görürəm.
Qızılgül-güllər göyçəyi,
Ətir saçır hər ləçəyi.
Yarımı gülü.çiçəyi
Telimə düzən görürəm.
Toxunammaz yad daşıma,
Illər hopub yaddaşıma.
Yığışıb dost-yad başına,
Boldur mey-məzən,görürəm.
Sevinc.körpü sal yaşılı,
Xəyallara dal yaşılı.
Geyinəndə al yaşılı,
Gözəlsən bə`zən,görürəm.
Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 11:08:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!