Düyün düşüb xatirələr kələfi,
Kim açacaq bilmirəm bu düyünü.
Nisgilindən üşüyürmü sələfim?
Isti külək yayımlarmı ünümü?
Gəmirəcək içimi lal şübhələr,
Bu acıyla axı necə yaşayım.
Göz önündə ağılalmaz lövhələr,
Həsrətini bəlkə gecə yaşayım.
Qədərimdən oyum-oyum oyuldum,
Həyatımı başa vurmaq vaxtıdır.
Kədərimdən soyum-soyum soyuldum.
Mənim yerim qəmin uca taxtıdır.
Kayıt Tarihi : 6.1.2023 16:20:00





© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!