Duyğular ruhumu qanadlandırır,
Uçuban çatıram göyün qatına.
Nədən dostlar məni tərs adlandırır,
Tanrım, məni mindir fərəh atına.
Adım tək mənalı bal ömür sürüm,
Sözündə düz olan dostlar var olsun.
Oğul toyu gördüm, qız toyu görüm,
Düşmən qəhr edilsin, sonu xar olsun.
Tanrının verdiyi ömrü yaşayaq,
Kaş ki incitməsin bu fələk bizi.
Göylərə ucalan adı daşıyaq,
Savaba yazsın qoy cüt mələk bizi.
06.08.2014
Kayıt Tarihi : 10.6.2018 15:51:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!