Yol üstünə duman çökdü,
Ümidimi güman sökdü.
Ala gözlər ümman tökdü.
Eşq soyadlı, duyğu adlı.
Məktubumu quş eylədim,
Əhvalımı cuş eylədim,
Hər təamı nuş eylədim,
Eh, çoxundan duyğu dadlı.
Yaşananalar əfsanədir,
Əsl aşiq pərvanədir.
Qanan bilir sevgi nədir,
Qanmayana duyğu yaddı.
Kayıt Tarihi : 25.5.2023 07:08:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!