Duyaq dünyanı Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Duyaq dünyanı


Günəş şölə saçsın, gur işıq olsun,
Libası bəzəkli,əlvan, şıq olsun.
Daha gözəl olsun, yaraşıq olsun,
Mavi dalğalarla yuyaq dünyanı

Hərdən zəhər olar yediyim balım,
Hərdən elə əsər, tökülər kalım.
Dalınca desək də əzazil, zalım
Bir dəfə halını duyaq dünyanın.

Dərdini deməyə dili lalsa da,
Sükuta qərq olub fikrə dalsa da.
Bizə şirin-şirin layla çalsa da.
Həmişə görək biz oyaq dünyanı.
02.12.2017

Sevinc Arzulu
Kayıt Tarihi : 29.4.2018 16:24:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu