Düşüncedir Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Düşüncedir

Görən gözə sahibəm,
Sönməz közə sahibəm.
Demə sözə sahibəm,
Dodaqdan düşüncədir.

Səsim gah zil, gah da bəm,
Yaxşılığa talibəm,
“Mən dahiyəm, qalibəm”-,
Bu necə düşüncədir.

Yarın hay verməsə də,
Nərgiz pay verməsə də,
Sənə boy verməsə də,
Çiçəklər döşüncədir.

Tarixə yazılacaq,
Qayaya qazılacaq.
Ağrısı azalacaq,
Yaranı deşincədir.

Çox isti döy dəmiri,
Bol-bol yandır kömürü.
Boz dovşanın ömürü,
Aslanın dişincədir.

Sevinc Arzulu
Kayıt Tarihi : 15.1.2022 11:04:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu