Düşmüşüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Düşmüşüm

Tufan olar,yel yağışa qarışar,
Çətin vüsal həsrət ilə barışa.
Burda olum ilə yarışa,
Həqiqətlər meydanına düşmüşəm,

Açılmayan bir ovsunam,bir sirrəm,
Qara şumdan qəm kərpicin kəsirəm,
Sənsizliyə mən ömürlük əsirəm,
Həsrətinin zindanına düşmüşəm,

Söylə,hanı ayrılıq yolun seçən,
Bu dünyadan baş götürüb tez köçən,
Ğöz önündə canlanır olub keçən,
Xatirələr ğüldanına düşmüşəm,

Kədərlidir sənsiz qalan dilbərin,
Bir də ğözə ğörünməz ki su pərin,
Çıxammıram ,qazılıbdır çox dərin,
Ayrılığın ovdanına düşmüşəm,

Kəpənəklər lalə kimi xallanıb,
Qızılgüllər gəlin təkin sallanıb,
Yanaqlarım deyən yenə allanıb,
Təbiətin sübh danına düşmüşəm.

Sevinc Arzulu
Kayıt Tarihi : 13.6.2018 10:11:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu