Düşmen Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Düşmen

Soldurdun qızılgülümü,
Susdurdun ol bülbülümü.
Sönən ocağın külünü,
Öz başına ələ.düşmən.
Nə bilirsən elə,düşmən.

Talan eylədin varımı,
Qana boyadın qarımı.
Özəlləşdirmə tarımı,
Dəyməzsən bir telə düşmən.
Nə bilirsən elə,düşmən

Sən çənsizsən.dumansızsan.
Həqiqətsiz,gümansızsan.
Gör necə də amansızsan,
Qurdun bizə tələ,düşmən.
Nə bilirsən elə,düşmən

Vətənin qədrin bilərik,
Çox sevərik,sevilərik.
Bilsən necə sevinərik,
Qurban olsan selə,düşmən.
Nə bilirsən elə,düşmən

Atəşkəsdir on səkkiz il,
Qarabağı beynindən sil.
Yadda saxla,onu da bil
Dünya getməz belə,düşmən.
Nə bilirsən elə,düşmən

Qəlblərdədir Babək-Xürrəm,
Həsrət ilə ömür sürrəm.
Düşməni sözlə öldürrəm,
Mərdlər sağdır hələ düşmən.
Nə bilirsən elə,düşmən.

Sevinc Arzulu
Kayıt Tarihi : 11.6.2018 11:03:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu