Güllərinə baxım, gülüm
Əvvəlki tək şəndimi.
Mənsiz çəkməyirsən zülüm,
Dörd yanın gülşəndimi.
Eşitmişəm yol ötəndən,
Sorursan əhvalımı.
Xəbər yox ölüb-itəndən,
Kim bilir ərz-halımı.
Yalvarıram, ayaq üstdə,
Sən dayanıb çox durma.
Çıxıb yenə mayak üstə,
Uca boynunu burma.
Mən bir Simurq quşuyam ki,
Qanadları qırılmış.
Zalım ovu yaxındanca
Ürəyimə ox vurmuş.
Indi məni sən nə qədər
Arasan da xeyri yox.
Deyən incik vüsalımın
Sənə zərrə meyli yox.
Sən dağıtdın yuvasını,
Köksü ağ qaranquşun.
Tapammadı obasını,
Qurbanı oldu qışın.
Şərin qara ilmələrin
Səndin tezcə toxuyan.
Onun soyuq kəlmələrin
Gözlərindən oxuyan.
Nə verdi ki nifrət sənə,
Qanad açıb uçasan.
Baxıb gülür millət sənə,
Xara könül açansan.
Mənim sonsuz sadiqliyim,
Sənə bəs etmədimi.
Yoxdu xardan əskikliyim,
Sevgim heç yetmədimi.
Nəyə lazım bu yuva ki.
Içində eşq olmaya.
Sən çaldın elə hava ki
Yalnız düşmən oynayar...
Kayıt Tarihi : 5.12.2021 18:04:00
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!