Içdin ürəyimin qanını mey tək.
Naləmi qaldırdın göylərə “Hey”tək.
Dayanıb baxırdın üzümə key tək.
Durmusan qarşımda bir düşmən kimi.
Ayrılıq odlayıb yandırır məni,
Bu fani dünyaya dandırır məni
Baxışın necə də dondurur məni,
Özün də soyuqsan gur çeşmən kimi.
Deyirlər zirvələr qara hərisdir,
Qəlbimə sığınan duyğular hissdir.
Göz-gözü görməyir, ah, bu nə sisdir,
Hər tərəf dumandır, dağ, eşmən kimi.
30.04.2019
Kayıt Tarihi : 30.4.2019 14:59:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!