Düşer Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Düşer

Fələk öz öynunu oynayar yaman,
Ayrılıq, uzaq dur vüsaldan, aman.
Qəflətən küçədə rastlaşan zaman,
Yadıma verdiyin quru söz düşər.

Sən öz saydığın say, fələk nə deyir,
Bir kimsə fələkdən görməyib xeyir.
Xalqın qismətinə ləli-cəvahir,
Eh, mənim bəxtimə çürük qoz düşər.

Bütün ümidlərim yanıb qor olar,
Sevənin hər zaman gözü kor olar.
Cavabsız sevginin işi zor olar.
Soyumuş ocağa isti köz düşər.

Sevinc Arzulu
Kayıt Tarihi : 9.6.2018 15:58:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu