Durum addım-addım gəzim diyarı,
Kiminlə rastlaşıb kimi görəcəm.
Zəmanə qarının zamanmı yarı,
Könlümdə gəzişib simi görəcəm.
Çalacam mizrabsız sarı simi mən,
Qocaman aşıq tək kəşt eyləyəcəm.
Kövrəldə biləcəm görən kimi mən,
Bu şirin canıma qəsd eyləyəcəm.
Ağlaya duracam yolların üstə,
Gözümün yaşını qurularsanmı.
Bir gül də qoymaram kolların üstdə,
Suyuna tökərsəm durularsanmı?
27.03.2018
Kayıt Tarihi : 5.5.2018 08:22:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!