Qaraladın ürəyimi,
Paraladın ürəyimi.
Yaraladın ürəyimi,
Indi çalış, durdur qanı.
Nazlı-nazlı öpəsisən,
Başıma gül səpəsisən.
Qırçın-qırçın ləpəsisən,
Mən dənizin burulğanı.
Mənsizlikdən ölürsənmi,
Görüşümə gəlirsənmi.
Ayrılıqdır, bilirsənmi,
Dünyanın ən qudurğanı.
Kayıt Tarihi : 29.4.2020 10:51:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!