Dünyada yaşadım Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dünyada yaşadım

Zalım fələk dediyimi etməyir,
Sevən ürək vəsli-kama yetməyir.
Hey gedirik,həsrət yolu bitməyir,
Gənc ömrümü mən xülyada yaşadım.

Sənlə görüşümüz baş tuta çətin,
Həsrətinə sinə gərrəm mərd,mətin.
Yaman əlçatmazdır saf məhəbbətin,
Əsl həyatı şən röyada yaşadım.

Fələk mənlə heç olmadı səmimi,
Göy dalğalar batırdı qəlb gəmimi.
Sənsizlik artırdı qüssə-qəmimi,
Kədər adlı bir dünyada yaşadım.

Sevinc Arzulu
Kayıt Tarihi : 14.6.2018 20:05:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu