Dünya mene dar. dostum Şiiri - Sevinc Ar ...

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dünya mene dar. dostum

Həsrətindən dodaqlarım uçuldar.
Duyğularım qəmli nəğmə pıçıldar.

Üşüyərəm yayın oğlan çağında,
Bar dərmərəm ayrılığın bağından.

Sanırsan ki könül dostdan incimir,
Gün soldurar ən bahalı incimi.

Laylasını çalmaz narın ləpələr,
Üzərimə kədərini səpələr.

Quşlar nəğmə deməz lal meşəsində,
Qəm –qüssə qoxuyar bənövşəsi də.

Şeirimin bir ünvanı var, dostum,
Oxumasan dünya mənə dar dostum.

Sevinc Arzulu
Kayıt Tarihi : 23.12.2021 07:31:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu