Dünya heçdi Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dünya heçdi

Ana təbiətin eşqinə lalam,
Bir lalə gözəlin üzündə xalam.
Gələndə heç mənə vermədi salam,
“Payız evimizin yanından keçdi”.

Qışın soyuğunda ələnmədi qar,
Gözünün yaşını siləmmədi yar.
Əsl qiymətini biləmmədi xar,
Səni tənha qoyub gör kimi seçdi.

Məhəbbət sevənin naxşı olacaq,
Gözündə fərəhli baxşı olacaq.
Sanırdın sonucu yaxşı olacaq,
Eh, Sevinc, bu dünya əzəldən heçdi.

Sevinc Arzulu
Kayıt Tarihi : 8.11.2019 07:23:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu