Dünya belə getsə, deyən, əzizim,
Dumanlı beynimdən qan fışqıracaq.
Başına-gözünə döyən əzizim,
Halıma yanaraq “can”qışqıracaq.
Üstümə gələcək səhərin mehi,
Məni asta-asta küləkləyəcək.
Üzümə güləcək qəhərin şehi,
Arzumu yüz yerə diləkləyəcək.
Yenə qalacağam yarı yolda mən,
Nə sola gedəcəm, nə də ki sağa.
Məni sənsiz görüb solar göy çəmən,
Başıma həsrətin yağışı yağar.
Kayıt Tarihi : 23.6.2018 16:45:00
Şiiri Değerlendir
© Bu şiirin her türlü telif hakkı şairin kendisine ve / veya temsilcilerine aittir.
Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!