Dünende gördüm Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3580

ŞİİR


26

TAKİPÇİ

Dünende gördüm

Halal olub.Əməli düz yaşayıb,
Gecələri sanki gündüz yaşayıb.
Mənim babam ömr edib, yüz yaşayıb,
Eh, qaldı o günlər dünəndə gördüm.

Hələ qurulacaq neçə obamız,
Yenə isinəcək doğma yuvamız.
Saçları ağarmış qoca babamız,
Cavan tək minirdi səməndə, gördüm.

Ürəkdən sev doğma Azərbaycanı,
Şair, gəz yurdunu, obanı tanı.
Cahılı bir anda vəhşi madyanı,
Necə də salır ah, kəməndə, gördüm.

Ayrılıq etməsin ürəyini buz,
Eh, onun müddəti deyil ki sonsuz.
Sanki torpaq qalıb neçə il susuz,
Buluddan nur yağış əməndə gördüm.

Alaca gözləri nəmli dayanıb,
Dodağı duz kimi təmli dayanıb.
Əlində solmuş gül qəmli dayanıb
Heyrətlə göz qoyur dəməndə, gördüm.

Şəhidi vəsv edən neçə ağım var.
Bayrağım yüksələn uca dağım var.
Şair, lovğalanma baxça-bağım var,
Ən gözəl çiçəyi çəməndə gördüm.

Aşdım qayaları, dağları yordum,
Gələndən-gedəndən min sual sordum.
Yurdu azad etdi qəhrəman ordum,
Tayın nə Misirdə, Yəməndə gördüm.

Sevinc Arzulu
Kayıt Tarihi : 5.12.2021 18:06:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu