Dumanı qalıb Şiiri - Sevinc Arzulu

Sevinc Arzulu
3680

ŞİİR


27

TAKİPÇİ

Dumanı qalıb

Günəşin gözündə qara eynəyi,
Ayın da önünü buludlar kəsər.
Görürsən ayrılıq mehi neynədi,
Qalmadı işıqlı ümiddən əsər.

“Ümid sonda ölür” deyib atalar,
Bəs niyə sonunu gözləmədi ki...
Tək qalan zirvənin başın qar alar,
Ayrılıq qəlbi az közləmədi ki...

Bir kiçik qığılcım isidir məni,
Könlümdə ümidin gümanı qalıb.
Sanıram ayrılıq eşidir məni,
Başımda çiskinli dumanı qalıb.
19.04.2015

QƏM ÇƏKİB

Sevinc Arzulu
Kayıt Tarihi : 8.6.2018 14:14:00
Yıldız Yıldız Yıldız Yıldız Yıldız Şiiri Değerlendir
Yorumunuz 5 dakika içinde sitede görüntülenecektir.

Bu şiire henüz hiç kimse yorum yapmadı. İlk yorum yapan sen ol!

Sevinc Arzulu